Bozqurd.

Bu qalereya s foto ehtiva edir.

Türkçülüyümüzün rəmzlərindən biri də BOZQURDdur. Bəs niyə məhz bozqurd? Sizə də maraqlıdırsa buyurun oxuyun. Bozqurdun xüsusiyyətlərini əsas olaraq bu şəkildə sıralamaq mümkündür. 1 = Bozqurdlar atasına bağlıdır. 2 = Bozqurd azadlığına düşkündür. Heyvan tutulduğunda bütün heyvanların əksinə olaraq öd deyilən kisəsini parçalar və intihar edər. Bozqurd əsarəti qəbul etməyən bir varlıqdır. Bozqurdun boynuna xalta taxıb bir […]

Ordumuz – Qürurumuz

Bu qalereya s foto ehtiva edir.

Azərbaycan Demokratik Respublikasının milli ordusu – 1918-ci ildə, Şimali Azərbaycan müstəqillik qazandıqdan sonra Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin yaratdığı milli ordu. Azərbaycan Xalq Cümhuriyyəti silahlı qüvvələrinin təşkilinə Cümhuriyyətin elan edildiyi gündən başlanmışdı. Ermənistan yaranmış gərgin vəziyyətdən istifadə edərək zorla Azərbaycanın Zəngəzur, Dağlıq Qarabağ və Naxçıvan bölgələrini işğal etmək məqsədi ilə onun sərhədlərini pozur və sərhədyanı rayonlarda hərbi toqquşmalar yaradırdı. Belə bir şəraitdə ölkənin ərazi birliyini, […]

Bölünən Azərbaycanım.

Bu qalereya s foto ehtiva edir.

Azəbaycan  torpaqlarının bölünmə faktları. Son beş yüz ildə Azərbaycan təxminən 20 dəfə bölünmə siyasətinin qurbanı olmuş və bu faciələri yaşamaq məcburiyyətində qalmışdır. Həmin faciələrin xronoloji ardıcıllığı belədir: 1534 – cü il Azərbaycanın cənub-qərb bölgəsi olan Mosul, Kərkük, Ərbil, Süleymaniyyə şəhərləri Səfəvi dövləti ilə Osmanlı dövləti arasında baş verən müharibə zamanı Osmanlı imperiyasının tərkibinə keçmiş və […]

Təbiətin sirli möcüzəsi – Xarıbülbül.

Bu qalereya s foto ehtiva edir.

 Bu çiçək haqqında yəqin ki, hamımız eşitmişik və bu təbiidir, çünki, bu gözəl çiçək Vətənimiz Azərbaycanın, Qarabağın, Şuşanın diri rəmzidir. Bəli, hamımız eşitmişik, lakin adından başqa, bu gül haqqında nə bilirik? Deyilənə görə bu gül yalnız Şuşada bitir. Lakin, mən onun Laçında, Gədəbəydə, Xızı dağlarında da bitdiyini eşitmişəm, İsmayıllı rayonunun Diyallı kəndində isə onu öz […]

Dağlıq Qarabağ Muxtar Vilayətinin tarixi .

Bu qalereya s foto ehtiva edir.

Ürək ağrıdan acı həqiqətimiz. Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin qurulmasına yol açan muxtar vilayət 1923-cü ilin iyulunda yaradılır. Azərbaycan Sovet Sosialist Resublikası adından 1923-cü il iyulun 7-də verilmiş dekretdə DQMV-nin yaradılması belə əsaslandırılır: “Keçmiş Rusiya imperiyasında milli azlıqları əsarətdə saxlayan çar mütləqiyyəti hətta azlıqda qalan ayrı-ayrı milliyyətləri bir-birinin üstünə salışdırmaqla məhv etməyə əl atmaqdan belə […]

Qarabağım – sən bizimsən, bizim qalacaqsan!!!!!!!

images (4)Qarabağ  Azərbaycanın ən qədim tarixi vilayətlərindən biridir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın adı Azərbaycan dilindəki “qara” və “bağ” sözlərindən əmələ gəlmişdir. “Qara” və “bağ” söz birləşməsi Azərbaycan xalqının özü qədər qədim tarixə malikdir. Dünyanın hər yerində bu söz birləşməsinin Azərbaycanın konkret ərazisinə aid edilməsi də danılmaz həqiqətdir. Azərbaycan xalqının öz doğma torpağının bir parçasına verdiyi “Qarabağ” sözü ilk mənbələrdə hələ 1300 il bundan əvvəl (VII əsrdən!) işlənmişdir. Qarabağ əvvəllər bir tarixi-coğrafi anlayış kimi konkret məkanı bildirmiş, sonra isə Azərbaycanın geniş coğrafi ərazisinə aid edilmişdir. Yeri gəlmişkən, bu hal Azərbaycan üçün xarakterikdir: Naxçıvan şəhəri – Naxçıvan bölgəsi, Şəki şəhəri – Şəki bölgəsi, Gəncə şəhəri – Gəncə bölgəsi, Lənkəran şəhəri -Lənkəran bölgəsi və i.a.

“Qarabağ”ın Azərbaycanın konkret bir vilayətinin, bir bölgəsinin adı kimi formalaşması tarixi onun etimologiyasının daha elmi şəkildə izahına imkan verir. Çünki Azərbaycan dilində (həmçinin başqa türk dillərində) “qara”nın rəngdən başqa “sıx”, “qalın”, “böyük”, “tünd” və başqa mənaları da vardır. Bu baxımdan, “Qarabağ” termini “qara bağ”, yəni “böyük bağ”, “sıx bağ”, “qalın bağ”, “səfalı bağ” və s. mənası kəsb edir. Beləliklə, Qarabağın özü kimi “Qarabağ” sözü də Azərbaycan xalqına məxsusdur.