Pyotrun vəsiyyəti.

260px-Peter_der-Grosse_1838_PRMəncə bu vəsiyyəti şagirdlərə dərindən mənimsətməliyik. Çünki bu vəsiyyət sinəmizə qara dağ çəkən Qarabağın inşğalı üçün zəmin yaradan ilk cücərtilərdir. Bunu vəsiyyətdə açıq aydın görürük.
“…Bütün övladlarım bir-birindən sonra Avropa ölkələrində hökmran olacaqlar. Çünki Avropanın bütün dövlət quruluşu köhnəlmiş və qocalmışdır. Lakin rus səltənəti inkişaf edir. Bu inkişafı ağılla tapmışıq. Mən aşağıdakı “Vəsiyyətnamə”mi vəsiyyət şəklində yazıram ki, gələcək nəsillərimizin əlində təlimat olsun. 

Rus dövləti həmişə müharibə müvazinəti hazırlamalı və çalışmalıdır ki, hazırlıq Rusiyanın tərəqqisinə səbəb olsun.
Mümkün qədər Avropa dövlətlərindən müharibə vaxtında hərbi sərkərdələri, sülh zamanı isə elm adamlarını Rusiyaya cəlb etməli.
Avropa ölkələri arasında fitnə-fəsad törətmək, ziddiyyət salmaq və bu işdə onların biri ilə əlbir olmaq lazımdır. Xüsusilə alman xalqı arasındakı iğtişaşlarda fəal mövqe tutmağa çalışmalı, çünki onlar bizimlə həmsərhəd və bitişikdir.
Polşada iğtişaş və qarışıqlıq salmalı, onların əyanlarına xəsislik etmədən rüşvət verib, dəyanətini pozmalı, dövlət işinə zərbə vurmalı, Moskvadan əsgər gətirib orada yerləşdirməli, əgər başqa dövlətlər bizim bu tədbirimizə etiraz edərlərsə, Polşadan bir parça kəsib onlara sükut payı verməli; iş tamam olandan sonra isə o parçanı geri almalı, rus səltənətini möhkəmləndirməli.
Mümkün qədər İsveç, Norveç ölkələrində bir istinad məntəqəsi əldə etməli. Onların valisi əlimizdə olarsa, çalışın ki, İsveç, Norveç, Danimarkaya düşmənçilik toxumu səpsin.
Rusiya şahzadələri həmişə Almaniya əsilzadələrindən, nüfuzlu adamlardan, valilərdən, rütbə sahiblərindən qız almağı unutmamalıdır. Belə qohumluq bizə həmişə fayda verər.
İngilis hökuməti ilə ittifaqda olub, əlaqəni möhkəmləndirin. Çünki bu ticarət işində və dövlətin idarə edilməsində fayda verər. Gəmi qayırmağa gərək olan bütün ləvazimat onlardan alınacaqdır. Bu əlaqə həm silah, həm də gəmiçilik üçün faydalıdır.
Rusiya dövlətinin hüdudu Avropadan şimala – Baltik dənizinə, cənubdan isə Qara dənizə qədər olmalıdır. Bunu mühafizə etmək və rus sərhəddini genişləndirmək övladlarımın vəzifəsidir.
Rusiya dövlətini o zaman dünya dövləti adlandırmaq olar ki, onun paytaxtı Asiya və Avropa xəzinələrinin açarı olan İstanbul olsun. Tez və vaxtında çalışıb, İstanbula sahib olan şah, dünyada ilahi şah olacaq. Bu məqsədi həyata keçirmək üçün həmişə Osmanlı ilə İran arasında fitnə-fəsad törətmək, dava-dalaş yaratmaq lazımdır. Bu işdə sünni və şiə məzhəbləri arasındakı ixtilaflar böyük, kəskin silah və qarşısıalınmaz ordudur. Rusiyanın nüfuzunu Asiyada qaldırmaq üçün sünni-şiə ixtilafları yaxşı bir vasitədir. Osmanlı ilə İran dövlətləri arasındakı müvazinəti fitnə-fəsadla elə pozmaq lazımdır ki, onlar bir-biri ilə dil tapa bilməsinlər. Həm İran, həm də Osmanlıya Avropa xalqları ilə təmas tapmağa imkan verməmək lazımdır. Əgər bu ölkələrin müsəlmanları göz açıb hüquqlarını başa düşsələr, o bizə böyük zərbə olar. Həm Osmanlı, həm də İranın din xadimlərini ələ almaq və onların vasitəsilə sünni-şiə ixtilaflarını qızışdırmaq lazımdır. Osmanlını Avropadan ayırmaq lazımdır. Bizim üləmalarımızın bu günə qədər dövlət işlərinə müdaxilə etməsi Rusiya dövlətinin tərəqqisinə mane olmuşdur. Mən öz səlahiyyətimdən istifadə edərək, onları dövlət işlərindən ayırdım, ruhanilərin dövlət işlərinə müdaxiləsini rədd etdim. İndi onlar adi bir vəziyyətdə qalmışlar və əl-qol aça bilmirlər. Mən bunu çox böyük zəhmət bahasına etdim. Ruhanilərin dövlət və millət işlərindən əllərini qısaldıb, onları kilsələrdə məhdudlaşdırdım. Bundan əlavə, cürbəcür tədbirlər lazımdır ki, İran ölkəsi günü-gündən pulsuz, ticarətsiz qalsın. Xülasə, İranı həmişə tənəzzülə sövq edib, tabe halda saxlamaq lazımdır ki, Rusiya dövləti istədiyi vaxt onu zəhmətsiz məhv etməyə qadir olsun. Amma Osmanlı dövləti məhv olmadan, İranın canını almağımız məsləhət deyildir. Gürcüstan ölkəsi Qafqaz xəttinin, yəni İranın şah damarıdır. Rusiyanın təsəllüt neştəri həmin damara yetişərsə, fil-fövr ürəyindən zəif qanı açılacaq və onu elə bihal edəcəkdir ki, min Əflatun dirilib gəlsə də, onu islah eləyib sağalda bilməz. O vaxt İran ölkəsi Rusiya şahlarına dəvə kimi müti olacaqdır və Osmanlının axırıncı şöləsi sönəcəkdir. Maddi ehtiyaclar zonası olan Osmanlının işini qurtardıqdan sonra İranı çətinlik çəkmədən məhv etmək və başını kəsmək mümkündür. Ona görə də siz vaxtı fövt etmədən Gürcüstanı və Qafqazı zəbt və işğal edib, İranın daxili hakimlərini özümüzə xadim və müti etməlisiniz. Ondan sonra Hindistana qəsd etməli. O məmləkət çox böyük və geniş bir ticarət yeridir. Oranı ələ keçirmiş olsanız, İngiltərə vasitəsilə hasil olunan pul və gəlir əvvəlkindən çox Hindistandan ixrac olunar. Hindistanın açarı Türkiyənin paytaxtıdır. Nə qədər bacarırısınız Qırğız, Xivə və Buxara səhraları tərəfindən irəliləyin ki, məqsədiniz sizə yaxınlaşsın. Vaxt itirməyin, eyni zamanda tələsmək və əcələ yetməkdən imtina edin. Avstriya dövləti ilə zahirdə dost olmalı, elə bir tədbir görməli ki, Almaniya və Avstriya get-gedə əldən düşsün. Bu şərtlə ki, Avstriya bu yoldaşlıqdan (bizimlə olan yoldaşlıqdan) fayda hasil edə bilməsin. Bu işdə iki yol var: biri Avstriyanı başqa bir tərəfdə məşğul etmək, biri də Avstriyaya Osmanlı torpaqlarından bir parça vermək ki, onun geri alınması asan olsun.
Yunanlarla sülh və dostluqla rəftar etməli. Müharibə zamanı onlar sizə imdad edərlər(çünki yunanlar Türkiyədən həmişə zərər görmüşlər)
İsveç, Norveç, Osmanlı və İranı, Polşanı istila etdikdən sonra, İtaliya və Fransa ilə müttəfiq olub əlaqəyə girin. Əgər onlardan hər hansı birisi dostluğunuzu qəbul etməsə, onda bir vasitə ilə o yeri və əyalətləri məhv ediniz. Bu yerləri ələ keçirdikdən sonra dünya hökmranı olarsınız.
Əgər yuxarıda qeyd olunan ölkələrdən biri müharibəni qəbul etməzsə, elə bir tədbir görmək ki, bu iki hökumətin (İtaliya və Fransa) arasında fitnə-fəsad vaqe olsun. Bu vəchlə get-gedə onlardan biri aradan götürülüb bərbad olar. Qalmış hökumətləri tərac edib, zəhmət çəkmədən bütün Avropa üzərində hökmranlıq edərsiniz. İşin axırında sair ölkələrin hamısını öz məmləkətinizə ilhaq edib dünyaya sahib olarsınız.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma