Nəsirəddin Tusi

 

                 300px-Nəsrəddin_Tusinin_portreti Nəsirəddin Məhəmməd ibn Məhəmməd ibn Həsən Tusi 1201-ci il şənbə günü 17 fevralda (11 cumadəl ulə 597-ci il) Tuş şəhərində anadan olmuşdur.Bəzi mənbələrdə qeyd edilir ki,onun əsli Zəncanla Həmədan arasında yerləşən Savə şəhərindəndir,Tusda doğulduğu üçün Tusi nisbəsi ilə tanınmışdır.

İlk təhsilini atasından almış, sonra Həmədan və Tus şəhərlərində dövrünün tanınmış alimlərinin-İbn Sina və Bəhmənyarın davamçılarının yanında təhsil görmüşdür.  Aldığı hərtərəfli və dərin biliklər Məhəmmədi az bir vaxtda elmi mühitdə məhşurlaşdırır.Hələ gənc yaşlarından etibarən o, bir sıra hökmdarların diqqətini cəlb edir. Otuz yaşında ikən  Kuhistan ismaililərinin rəhbəri Nəsirəddin Möhtəşəm onu sarayına qonaq çağırır və gənc alimdən əxlaq barədə kitab yazmasını xahiş edir. 1235-ci ildə Nəsirəddin Tusi sonralar ona dünya şöhrəti gətirən və bir çox dillərdə tərcümə olunan məşhur “Əxlaqi Nasiri” əsərini tamamlayır. Lakin bir müddət sonra müəyyən narazılığa görə Tusi həbs olunaraq,ismaililərin əlçatmaz dağ zirvələrində yerləşən “Ələmut” (“Qartal yuvası”) qalasına aparılmışdır.O.burada sürgün həyatı keçirmişdir.Nəsirəddin Tusi ismaililərin yanında keçirdiyi 12 ildən bir qədər artıq müddətdədözülməz mənəvi sıxıntılarına baxmayaraq, qaladakı zəngin kitabxanadan istifadə edərək elmi yaradıcılıqla məşğul olmuşdur.Alim 1242-ci ildə tamamladığı məşhur “Şərəf-əl-İşarat” (Əbu Əli Sinanın “İşarat” adlə fəlsəfi risaləsinə şərh) əsərinin sonunda yazırdı:”Mən bu kitabın əksər fəsillərini olmazın dərəcədə ağır bir şəraitdə yazdım.Ürək bundan artıq sıxıntı çəkə bilməzdi”.1253-cü ildə Çingiz xanın nəvəsi Hülakü xanın Yaxın şərqə yürüşü başlamışdır.Onun qoşunları 1256-cı ildə fətholunmaz sayılan “Ələmut” qalasını tutmuş,İsmaililər dövlətinin hakimiyyətinə son qoymuş,Nəsirəddin və digər alim məhbusları azad etmişdi.Nəsirəddin Tusi Hülakü xanın şəxsi məsləhətçisi təyin olunmuşdu.

Hülakü xan 1258-ci ildə Bağdadı fəth edərək,Abbasilər  sülaləsinin hakimiyyətinə son qoymuşdu.Hülakü xan dövlətinin mərkəzini 1260-cı ildə Azərbaycana salır.İlxanilər adlanan bu yeni dövlətin başçıları “ilxan”lar (el xanları) idi.Hülakü xan öz dövlətinin paytaxtı kimi əvvəlcə Azərbaycanın qədim mədəni mərkəzlərindən olan Marağanı,sonra isə Təbrizi seçir.Elə həmin vaxt Nəsirəddin Marağa rəsədxanasının tikintisinə başlayır.

Nəsirəddin Tusielmin müxtəlif sahələri ilə maraqlanmışdı.Onun qələmindən çıxan yüzdən artıq ciddi əsər elmin astronomiya,riyaziyyat,fizika,tibb,fəlsəfə,etika,

məntiq və digər sahələrinə həsr olunmuşdu.Bununla belə Nəsirəddinin yaradıcılığından astronomiya və riyaziyyat üzrə tədqiqatlar xüsusi yer tutur.Tusi bu sahələrdə aparılmış iyirmidən artıq uğurlu araşdırmanın müəllifidir.Riyaziyyata həsr etdiyi əsərlər yalnız ərəbcə,astronomiya üzrə tədqiqatları isə həm fars,həm də ərəb dillərində yazılmışdır.

Riyaziyyatçı alimin ən məşhur əsərləri arasında “Şəklül-qita” (“Bütöv çoxtərəfli haqda risalə”),“Came`ülhesab” (“Lövhə və tozun köməyi ilə hesab toplusu”),”Dairənin ölçüsü”,”Təhqir Öqlidis” (“Evklid “Başlanğıc”nın təsviri”) kimi kitablar xüsusi yer tutur.Dörd hissədən ibarət “Zici-İlxani” (“İlxanilərin astronomik cədvəlləri”) əsəri isə alimin adını dünya astronomiya tarixinə salmışdır.

Çağdaş tədqiqatçıların bir çoxu Nəsirəddin Tusini hər şeydən öncə,riyaziyyatçı hesab edir.Onun əsərləri yalnız Şərqdə deyil,həmçinin Avropada həndəsənin və triqonometriyanın inkişafında mühüm rol oynamışdır.1594-cü ildə Romada ərəb,sonra isə latın dilində tərcümədə çap olunan “Evklin “Başlanğıc”nın təsviri” əsəri Tusi ideyalarının Avropada yayılmasında böyük iş görmüşdür.Alimin beş kitabdan ibarət yazdığı “Bütöv dördtərəfli haqqında risalə” də Avropada triqonometriyanın inkişafında əhəmiyyətli rol oynamış əsər kimi məşhurdur.Dünya elmi tarixində ilk dəfə bu əsərdə triqonometriyaya müstəqil elm sahəsi kimi yanaşılır.Bu risalə ingilis,rus və fransız dillərinə çevrilmişdir.Nəsirəddinin cəbr sahəsində araşdırmaları içərisində bütün dərəcələrdən kökalma metodu və Binom düsturu daha çox tanınır.Bundan başqa alimin tarixə,minerologiyaya,fzikaya,tibbə,iqtisada,coğrafiyaya,musiqiyə və təbii ki,astronomiyaya dair çoxsaylı əsərləri də diqqətə layiqdir.Bunların arasında “Bağdadın tarixi”,”İşığın əks olunması və sınması haqda risalə”,”Evklid optikası”,”Göy qurşağının öyrənilməsinə dairrisalə”,”Qiymətli daşlar haqqında kitab”,”Tibb qanunları”,”Dövlət maliyyəsi haqqında risalə”,”Xoşbəxt günlərin seçilməsi”,(astrologiya) və başqa əsərlərin adı çəkilə bilər.

Ensiklopedik alim Nəsirəddin Tusinin bir çox əsərləri dünyanın müxtəlif kitabxanalarında mövcuddur.

Bunlara Bakı,Paris,Vyana,Oksford,Kembric,Leypsiq,Münhen,Florensiya,Qahirə

İstanbul,Moskva,Sankt-Peterburq,Kazan şəhərlərinin muzey və kitabxanalarında rast gəlmək mümkündür.

Tusi Şərq dünyasında etikaya dair “Əxlaqi-Nasiri” adlı məşhur əsəri ilə və Marağa rəsədxanasının banisi kimi xüsusi rəğbət qazanmışdır.

Görünür,o,rəsədxana qurmaq haqqında çoxdan fikirləşirmiş.Bağdad alınan kimi,Nəsirəddinin Hülakü xandan icazə istəyib,işə başlaması da bunu sübut edir.Bir ildən də az bir müddətdə o,rəsədxananın tikiləcəyi yeri müəyyənləşdirir,eyni zamanda astronomik cihazlar hazırlayır,müxtəlif şəhərlərdən burada yaradılacaq kitabxana üçün qiymətli kitablar gətirdir və rəsədxanada araşdırmalar aparmaqdan ötrü dünyanın bir çox ölkəsindən alimlər dəvət edir.Tusi özü “Zici-İlxani” adlı əsərində bu barədə belə yazır:”Hülakü xan ətraf vilayətlərdən astronomik müşahidələr apara bilən alimləri çağırmağı tələb etdi.Dəməşqdən Müvəidəddin Ordini,Mosuldan Fəxrəddin Marağayini,Tiflisdən Fəxrəddin İxlatini,Qəzvindən Nəcməddin Dəbiranini.”Digər qaynaqlardan isə dövrün ən tanınmış alimlərindən Qütbəddin Şirazi,Şəmsəddin Şirvani,Cəmaləddin əz-Zeydi Buxari,Fao Mun-çi və digərlərinin də Marağa rəsədxanasında çalışdıqları məlum olur.Burada bir məsələyə də toxunmaq maraqlım olardı.Görkəmli Azərbaycan siyasi xadimi və tarixçisi Rəşidəddinin öz salnamələrində yazdığına görə həmin dövrdə Cəmaləddin Buxariyədə Pekində rəsədxana qurmaq tapşırılmışdı. Lakin o,bu tapşırığın öhdəsindən gələ bilmirdi.Nəhayət,Çin alimi Fao Mun-çi ilə birlikdə Marağaya gəlib,Nəsirəddinlə məsləhətləşmələr apardıqdan və rəsədxana tikilişi üçün zəruri olan alətlərin çertyojlarını əldə etdikdən sonra Pekində də işlər başa çatdırılır.

Rəsədxana yaradılması külli məbləğdə pul qoyuluşu tələb edirdi və Hülakü xan bu işi məqsədəuyğun saymırdı.Tanınmış tarixçi Hacı Xəlifə özünün “Dünya haqqında kitab”ında bununla əlaqədər baş verən hadisələri belə təsvir edir:”Xacə Nəsir Marağadakı astronomiya rəsədxanasının  tikintisinə başlamaq üçün lazım gələn məsarifi Hülakuya deyəndə,o,məbləğin böyüklüyünə şübhə ilə soruşdu:”Yəni,ulduzlar haqqında elm belə faydalıdır ki,rəsədxanaya bu qədər xərcləyək?” Nəsir cavabında söylədi:”İzn verin,bir nəfər həmin dağa qalxıb,ordan boş bir tası yerə atsın,ancaq bunu elə eləsin ki,heç kəs bilməsin.”Belə də edirlər.Tas qayalara dəyə-dəyə qorxulu səslər çıxarır.Hülakü xanın ordusu vahiməyə düşür.Nəsirəddinsə bu zaman xanla birliksə sakitcə oturub,qoşundakı vahiməni seyr edirdilər.Nəsirəddin xana deyir:”hökmdar,biz qayalardan gələn səsin səbəbini bildiyimizdən sakitcə əyləşmişik.Qoşun isə bunu bilmədiyi üçün həyəcan içindədir.Əgər biz səmada baş verən hadisələrin mahiyyətini irəlicədən bilsək,yer üzündə həmişə belə rahatlıq hökm sürər.”Nəsirəddinin sözləri Hülaku xanı elə inandırır ki,o,rəsədxananın tikintisinə razılıq verir və bu məqsədlə 20 min dinar pul buraxır.Sonralar böyük alim rəsədxanada çalışan yüzdən artıq alimə həmişəlik donluq kəsilməsinə də nail olur.Bu məvacib Nəsirəddinin təşəbbüsü ilə vergilərdən yığılan vəsait hesabına ödənilirdi.

Rəsədxananın tikintisi 1259-cu ildə Marağa şəhərinin qərbindəki təpənin döşündə başlanır.Nəsirəddin rəsədxana binalarının layihələşdirilməsində və astronomik cihazların qurulmasında şəxsən iştirak edir.Görkəmli astronom və konstruktor Müəyyidəddin Ordi ilə birlikdə onlar rəsədxanada beş yeni,bir o qədər də köhnə kponstruksiyalı astronomik cihaz quraşdırırlar.Yeni konstruksiyaları alimlərin özləri işləyib-hazırlayır.Bundan başqa Marağa rəsədxanasında bir sıra astronomik məsələlərin həlli üçün zəruri sayılan,həmçinin tədris məqsədilə istifadə olunan yer və göy qlobusları da hazırlanırdı.Ordinin oğlu Məhəmməd tərəfindən hazırlanmış göy qlobuslarından biri bizim günlərə qədər çatmış və hal-hazırda Drezdendə saxlanır.

Rəsədxananın nəzdində 400 min kitab saxlanan kitabxana və bu elmi mərkəzi kadrlarla təchiz etməkdən ötrü məktəb fəaliyyət göstərirdi.Maraqlı burasında idi ki,rəsədxanada Müsəlmanlarla birgə xristianlar,buddistlər,nestorianlar və iudaistlər də çalışırdı. Bunlar türklər, farslar, ərəblər, monqollar, çinlilər, gürcülər, tatarlar, yəhudilər və digər millətlərin nümayəndələri idilər. Tusinin tikdirdiyi rəsədxana öz həcminə görə Şərqin bütün məşhur rəsədxanalarını geridə qoyur. Marağa rəsədxanasında çalışan əməkdaşların elmi fəaliyyəti və astronomik müşahidələri “İlxanilərin astronomik cədvəlləri” adlandırılan kollektiv əsərin yaranmasına gətirib çıxarmışdı. Bu cədvəllərin sonuncusu 1284-cü ildə, artıq Nəsirəddinin vəfatından sonra tərtib edilmişdi.

Cədvəllər dörd kitabdan ibarətdir.Birinci kitabda yunan,fars,yəhudi,ərəb və türk təqvimləri təsvir olunurvə bir təqvimdən digərinə keçməyin qaydaları göstərilirdi.İkinci kitab ulduzların hərəkətinə və onların ekliptik koordinatlarının yerləşməsinə həsr olunub. Elə buradaca sinus və tangenslərin cədvəlləri,habelə 256 məntəqənin yerləşdiyi uzunluq və en dairəsi göstərilir.Nəsirəddin uzunluq dairəsinin ölçüsünü Qrinviçdən 34-35 dərəcə qərbdən götürərək, Cənubu Amerikanın şərq hissəsindən keçirir.Professor Həbibulla Məhmədbəylibuna əsaslanaraq, belə bir ehtimal irəli sürmüşdür ki,o dövrün astronom və coğrafiya mütəxəssisləri hələ Kolumdan çox-çox qabaq Qərb yarımkürəsində sonralar Amerika adlandırılmış materikin varlığından xəbərdar imişlər.”Cədvəllər”in üçüncü və dördüncü kitabları astrologiya məsələlərinə həsr olunub.

AMEA-nın müxbir üzvü Zakir Məmmədov Nəsirəddin Tusinin irsini araşdırarkən mənbələr əsasında belə bir faktə qeyd edir ki,1266-cı ildə Marağa rəsədxanasında N.Tusi ilə bir yerdə çalışan azərbaycanlı mühəndis Kəriməddin Əbubəkr Mahmud oğlu Səlmasinin düzəltdiyi cihazlar arasında içiboş yer kürəsi modelidə varmış.Üzərində iqlimlərin təsviri verilmiş bu fiqur

coğrafi qlobus idi.Bununla da Zakir Məmmədov elm aləmində ilk coğrafi qlobusun alman alimi Martin Böhaymın (1459-1507) hazırlaması haqqında fikri elmi fakt əsasında təkzib etmişdir.

Marağa rəsədxanası tətbiqi astronomiyanın inkişafında müstəsna rol oynayıb.

Nəsirəddin Tusi dünyasını 1274-cü ildə 25 iyunda (18 zülhicccə 672-ci il) Bağdadda dəyişmiş və orada “Came məscidi”ndə torpağa tapşırılmışdır.

İsmaililər müəyyən bir əraziyə yayılmışdılar və onların bir çoxu mühüm dövləti vəzifələr tuturdular.Gənc Nəsirəddini sevinclə qarşılayan ismaililər öz ideyalarının daha geniş yayılması üçün istifadə etmək istəyirdilər.Bəzi mənbələrə görə ,ismaili valisi Nasir Möhtəşəm gənc olamasına baxmayaraq,adi dillər əzbəri olan Tusini öz yanlarına-Kuhistana dəvət edib.Tusi öz biliyi və zəngin təfəkkürü ilə ismaililərə böyük təsir göstərir.

Amma az sonra Tusi ilə ismaililərin arasında bir çox məsələlərə münasibətdə fikir ayrılıqları ortaya çıxır.Belə ki,vali Nasir Möhtəşəm nəinki idarəetmə sahəsində,həm də elmi məsələlərdə də özünü çoxbilmiş kimi aparmasına və başı çıxdı-çıxmadı elmi mübahisələrə kobud şəkildə müdaxilə etməsinə qarşı çıxan

Tusi bir dəfə onun tərəfindən cəzalandırılır və Ələmut qalasına salınır.

Bunadan sonra gənc Nəsirəddin həbsxana həyatı yaşamağa başlayır.Onun həyatının 22 ili həbsxanada keçir.Lkin Nəsirəddin Tusi ən ağır vəziyyətdə belə,elmi yaradıcılıqdan əl çəkmir və axtarışlarını davam etdirərək,yeni-yeni əsərlər yazır.Hülakunun ismaililəri məşhur etməsində sonra (1256-cı il) Tusi azadlığa çıxır.

Hülaku Tusi haqqında çox eşitmişdi və nun elmi biliyinə heyran idi.Ona görə də,Tusini özünə məsləhətçi götürür.Tusi iqtisadiyyat və maliyyə məsələlərini  gözəl bilirdi.Sarayın maliyyə məsələləri ilə başlı problemlərini,adətən,Tusi həll edirdi.Bu da ona sarayda böyük şöhrət qazandırmışdı.Bundan istifadə edən Tusi Hülakuya göy cisimlər və onların insanlara göstərdiyi təsir barədə böyük maraq oyada bildi.

Nəticədə,Hülaku Tusinin Marağada göy cisimlərini tədqiq edən rəsədxana tikilməsi barədə xahişinə müsbət cavab verdi.Beləliklə,o dövrdə tayı-bərabəri olmayan bir rəsədxana inşa edildi.

Nəsirəddin Tusinin hülakuların Bağdada hücumunda da əsaslı rol oynaması barədə rəvayətlər vardır.Lkin son araşdırmalar göstərir ki,bu rəvayətlərin heç biri Nəsirəddin Tusinin əxlaqi və dini dünyagörüşlərinə uyğun gəlmir və daha çox uydurmaları xatırladır.Tusi Hülakudan sonra onun yerinə keçən hökmdar Abakanın da məsləhətçisi olmuşdu……

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma