Gender bərabərziliyi bitsin artiq….

1355469576_beraberQadınlar cəmiyyətin qurucusu onun əsas dayağıdır. Təbiət etibarilə insanlar bir-birindən zahiri görnüşünə, dilinə, dininə və digər xüsusiyyətlərinə görə seçilirlər. Onlarin fərqli cəhətləri olduğu kimi, oxşar cəhətləri də vardır. Bütün insanlar yaşından, dilindən, dinindən və cinsindən asli olmayaraq yer üzərində eyni dərəcədə yaşamaq, azadliq və şəxsi toxunulmazlıq hüququna malikdirlər. Bəs bu qanunlara əməl olunurmu?

Dünyanı qiyabi olaraq nəzərdən keçirsək bu suala  cox asanlıqla cavab tapa bilərik. Belə ki, dünyanin müxtəlif yerlərində, ayrı-ayrı qitələrdə baş verən hadisələrə nəzər salsaq görərik ki, heç də bu qanunlara hər zaman əməl olunmur. Ayrı-ayrı ölkələrdə gender bərabərsizliyi qadınlarla kişilər arasında kəskin fərqlərin olması, qadın hüquqsuzluğu hələ də cəmiyyətimizin qlobal problemlərindən biridir.

Qadın yaxşı ana, yaxşı bir yoldaş, mərhəmət timsalı və hamısından əhmiyyətli Allahın insanlığa rəhmidir. Bu ucalıqlara sahib olan belə bir varlığı yenidən oxumaq və Allahin ona verdiyi uca dəyərləri dərindən araşdırmaq lazımdır.                                                                            Bundan başqa İslamda olan kəlamlara orada olan ibrətamiz sözlərə nəzər yetirsək görərik ki, İslam dini, qadın hüquqları üzərində xüsusilə dayanmış və qadına, heç bir nizam və sistemin vermədiyi müstəsna bir məqama sahib qılmışdır. Həmçinin Allahu Təala Qurani Kərimdə də: “Kişilərin qadınlar üzərində haqları olduğu kimi, qadınların da kişilər üzərində haqları vardır” buyurmuşdur. Rəsulullah (s.a.v.) kişiləri, qadınların haqq və hüquqlarını gözləməyə dəvət etmiş və bu mövzuda: “Qadınların haqlarını yerinə yetirməkdə Allahdan qorxun! Çünki siz onları Allahın bir əmanəti olaraq aldınız.” deyə buyurmuşdur. Yəni istər cəmiyyətdə, istərsə də ailədə bütün münasibətlər qarşılıqlı hörmət əsasında qurulmalıdır. Zaman keçdikcə bu hörmət, hakimiyyətin kişilərlə qadınlar arasında bərabər öz ədalətli mövqeyini almaqdadır.

Qadinlarin həm siyasətdə həm də ictimai həyatda rolu daim artmaqdadır. Hər bir kişinin arxasında güclü bir qadın dayanır fikri artıq bu zəmanənin tələbərində özünü doğrultmur. İndi qadınlar kişilərin arxasında deyil, onlarla birgə addımlayırlar. Qadınlar kişilərlə  birlikdə idarəetmədə birgə fəaliyyət göstərməli, idarəetmənin qurulmasında fəal iştirak etməlidirlər. Hakimiyyətin yalnız kişilərə yaxud da yalnız qadınlara həvalə edilməsi cəmiyyətin maraqlarını təmin edə bilməz. Qeyd etmək lazımdır ki, inam cəmiyyətin inkişafını təmin edir. İnam, qarşılıqlı hörmət bütün bunlar hamısı mənəvi dəyərlərdir və bunlarsız cəmiyyətin uğurlu inkişafı mümkün ola bilməz. Hər cəmiyyətin inkişafi üçün inam və qarşılıqlı hörmət vacib amillərdən biridir. Bütün bunlardan belə aydın olur ki, qadın müasir dünyanın qaldırdığı qlobal məsələlərin həllində daha aktiv mövqe nümayiş etdirməli və məsələyə müxtəlif aspektlərdən yanaşmalıdır. Bəllidir ki, qadın hüquqları insan hüquqlarının ayrılmaz bir hissəsidir.

Bəşəriyyət tarixində siyasət, o cümlədən demokratiya kişilər və qadınlara təsnifatlanmır. Ümumiyyətlə siyasət birgə qəbul olunduğu fikirlərin ifadə edildiyi bir sahədir. Əgər siyasətdə fikir məhdudiyyəti olarsa, onda burada dövlət və demokrasiya xeyli ziyan çəkəcəkdir. Buna görə də siyasətdə kişi, qadın ayrı seçkiliyi olmamalidir. Qadınlar nə qədər çox dünya görüşlü olsalar və bir-birilərini təcrübələrindən yararlansalar qarşıya qoyulan məqsədə daha tez nail ola bilərlər. Buna sübut olaraq keçmişdə qadınlarımızın böyük dövlətləri necə idarə etməsini yada salmaq kifayətdir. Tarixə nəzər salsaq əcdadlarımızın, ata-babalarımızın qadına çox böyük hörmətlə yanaşmasının onların hakimyyətini təmamilə qəbul etdiklərinin qadınların güclü və mübarizkar olduğunu görərik. Xüsusən də Azərbaycan qadınları hər zaman öz şücaəti və mərdliyi ilə digər xalqların qadınlarından seçilib. Tarix boyu dastan və əfsanələrdə öz qəhrəmanlıqları ilə fərqlənməyi bacarıb. Onların arasında diplomatlar, hökmdarlar, hətta sərkərdələr, döyüşçülər var.

Tarixi xənizəmiz olan “Kitabi-Dədə Qorqud”da kişilərlə qoşa yay atan, qurşaq tutub güləşən, cıdırda öndə gedən Burla xatun, Banu Çiçək, Selcan xatun kimi qəhrəman qadınlarımız haqqında hər birimiz oxumuşuq.

İlk qadın qəhrəman kimi taxirə düşən Massaget hökmdarı Tomris olub. Massaget hökmdarı Tomris İran şahı Kirin Azərbaycana hücumunun qarşısını almaq inanılmaz mərdlik göstərib.

Bərdə hökmdarı Nüşabə böyük fateh makedoniyalı İsgəndərlə görüşmüş, öz müdrikliyi və dərin ağlı ilə onda dərin təsir buraxmış və qan tökməkdən çəkindirməyi bacarıb.

Tarixi əhəmiyyət daşıyan Koroğlu dastanın qadın qəhrəmanı Nigar da güclü qadınları təmsil edir. O, Koroğlunun təkcə həyat yoldaşı deyil, həm də ən yaxın silahdaşı olub.

Digər bir xalq qəhrəmanı Qaçaq Nəbinin ömür-gün yoldaşı Həcər əlində silah 25 ildən artıq at belində zalımlara qarşı döyüşmüşdür.

Quba xanı Fətəli xanın həyat yoldaşı Tuti Bikəyə, 1776-cı ildə Dərbənd şəhərini idarə etmək tapşırılıb. O, ərinin döyüşdə öldürülməsi barədə şayiələrə inanmayaraq şəhəri sonadək müdafiə etmiş, 9 ay düşməni Dərbəndə buraxmayıb. Onlar qadın varlığına çox böyük hörmətlə yanaşmış və qadın azadlığı məsələsinin milli oyanışın amili kimi ortaya qoymuşlar.

Bu gün də Azərbaycanda qadın siyasaəti dövlət səviyyəsində vacib aspektə çevrilib. Bu gün müasir Azərbaycanda siyasətçi qadının cəmiyyətdə rolu necədir? Bu suala cavablandırdıqda belə bir nəticəyə gəlmək olar ki, ölkədə qadınların rolu daim artmaqdadır. Qadınlar öz ictimai siyasi fikirlərində siyasətin mənbəyi kimi çıxış edirlər. Bir ictimai qrup kimi onlar cəmiyyətin həyatına təsir göstərir. Onlar onun dövlət maraqlarını qoruyur və nəticə etibarilə  özlərinin sosial-siyasi statuslarının artmasına nail olurlar. Qadınlar öz mövqelərini ailə məişət, istehsal, mədəni və sosial məsələlərdə və  yaxud ictimai siyasi mühitdə daha dəqiq və bir mənalı şəkildə təyin edir. Siyasi proseslərin qiymətləndirilməsində qadınlar kişilərdən fərqli olaraq daha mülayim mövqe tuturlar. Nahaq yerə deyilməmişdir ki, “Qadın sivilizasiyasının tənzimləyicisi, kişi isə qüvvət verənidir”.

İnkişaf səviyyəsindən aslı olmayaraq bütün dünya ölkələrində qadın problemi labüddür. Lakin bu problemin hansı səviyyədə olması böyük əhəmiyyət kəsb edir. Belə ki, zəif inkişaf etmiş ölkələrə nisbətən, yüksək inkişaf etmiş ölkələrdə  bu problemin həlli istiqamətində tədbirlər həyata keçirilir, problem yaradan tələblər müzakirə obyektinə çevrilir. Bizim ölkəmiz də bu problemin həlli istiqamətində nəzərə çarpacaq dərəcədə işlər görülür və günün fövqündə dayanan zəruri islahatlar keçirilir. Bu tədbir işığında Azərbaycan inkişaf edir, sivil ölkələr içərisində öz yerini möhkəmləndirir. Cəmiyyətdə bərqərar olan vəziyyəti bir anda həll etmək mümkün olmadığı kimi, təzahür edən problemlərində az bir müddət ərzində həll mümkün olmayacaqadır. Ölkədə gedən dəyişikliklərin qadınların iştirakı olmadan həyata keçirilməsinin mümkünsüzlüyü haqda ictimai fikri  dəstəkləmək zərurəti meydana çıxır. Bu fikrin zərurəti təkcə qadınların, əhalinin 52%-ini təşkil etməsi və onların çoxunun ali təhsilli olması ilə deyil həm də onunla əlaqədadır ki, qadınlar vətəndaş cəmiyyətinin əsas hissəsini təşkil edirlər.

Azərbaycan xalqının özünə xas olan adət-ənənələri, psixoloji kefiyyətləri var. Biz öz milli mentalitetimizi saxlamaqla, milli koloriti qorumaqla bəşəri dəyərləri qəbul edib, inkişaf etdirik. Müxtəlif mədəniyyətlərdə gender məsələsinə baxışlar fərqli olduğu üçün Azərbaycan xalqının bu məsələyə münasibəti də başqa cür olmuş, uzun illər ərzində formalaşmış mədəniyyətindən bəzi elementlər nəzərə  çarpmış və bu prosesə üzü dahi Nizamidən  bu tərəfə Azərbaycan poeziysı, ədəbiyyatı, dramaturgiyası böyük töhfələr vermiş  və hazırda da bu sahədə xeyli işlər görülməkdədir. Cəmiyyətdə qadınlara qarşı ayrı seçkilik hallarının aradan qaldırılması üçün Azerbaycan Respublikasının Konustitusiysında müvafiq qanun və maddələr öz əksini tapıb  əsas məsələlərdən  biri də odur ki, qadınlar öz hüquq və azadlıqlarını bilməli və cəmiyyətin ictimai həyat sferalarının inkişafında fəal iştirak etməlidirlər. Bütün bölgələrdə gender bölgüsünün pramidavari  strukturu  saxlanılır, yəni qadınlar bir qayda olaraq idarəetmə piramidasının aşağı hissəsində yerləşirlər. Ola bilsin ki, belə gender bölgüsünün tələbi məsələn, tikinti sahəsində  zəif inkişaf etmiş əməyin mühafizə sistemi, nəqliyyat sahəsində yol hərəkətindəki yüksək təhlükə, eləcə də qüvvədə olan digər problemlərdən irəli gəlir. Təhsil və səhiyyədə kişilərə nisbətən qadınların  üstün mövqedə olması burada iş qrafikinin daha dinamik ,iş günün daha qısa olmasıdır. Təbii ki, buna uşaqların qayğısı və tərbiyəsi sahəsindəki  məsuliyyət qadının üzərinə qoyulan stereotip də səbəb olur.

Hər ölkə dünya təcrübəsindən qidalanaraq öz sosial, siyasi, iqtisadi, mənəvi və mentalitetin uyğun inkişaf proqramı və onun daxilində gender  və qadın problemləri ilə əlaqədar  və özünəməxsus modellər yaratmalıdır. Qeyd etmək lazımdir ki, Azərbaycan qadını öz dəyanəti, iradəsi, ağlı, təfəkkürü, mərdliyi, mənəvi saflığı və kamilliyi ilə cəmiyyətimizin həyatında, xalqımızın milli mənəvi dəyərlər sisteminin formalaşmasında olduqca əhəmiyyətli rol oynamışdır.  Qadınların statusunun dəyişməsi, onların cəmiyyətin siyasi həyatında fəal rol oynaması mövzusunda  bəzi mütəxəssislərin araşdırmaları istisna olmaqla  bu mövzuda  Azərbaycan xüsusi tədqiqat və geniş müzakirə obyekti olmayıb. Buna isə yaranmış ehtiyac danılmazdır. İllər öncə isə problemin ali mütəxəssislər, ziyalılar, ictimai və siyasi xadimlər, Qeyri hökümət təşkilatlarının rəhbərləri və başqaları tərəfindən müzakirəsini “qadının cəmiyyətdə rolu” adlı konfransların keçirilməsini müvafiq tələblərə uyğun olan əsərlərin, dərsliklərin, vəsaitlərin yazılıb nəşr olunmasını məqsədə uyğun hesab etmək olar. Azərbaycanda gender mədəniyyətinin inkişafı cəmiyyəti təşkil edən insanların mədəni səviyyəsindən, hüquqi biliyindən və ölkədə həyata keçirilən islahatların əhəmiyyəti ilə adekvatlıq təşkil edir və bütün əhali normal stabil və sivil cəmiyyət quruculuğunda   fəal iştirak etməlidir.

Ümid edək ki, yaxın gələcəkdə dünyanın bütün ölkələrində qadınların dəyişən statusunu cəmiyyətin yaxşılaşdırılmasına köməyi hamı tərəfindən  düzgün dərk ediləcəkdir.

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma