Hamı üçün mümkün olan dayanıqlı inkişaf.

ecolex_index

            İnsan dünyanın ən böyük möcüzəsidir. İnsana Allah tərəfindən bir çox nemətlər verilmişdir. Bu nemətlərin qorunması biz insanların ən böyük vəzifəsidir. Bu nemətlərin hamısı bir ad altında da birləşib–Təbiət. Təbiəti qorumaq insanların yaşaması və yaratması üçündür. Təbiət insana hər şeyi verir: qidanı, havanı, mineral sərvətləri, göz oxşayan gözəllikləri hətta, təmənnasız. İnsanın yaşaması və sağlamlığı məhz bu resuslardan asılıdır. Milyonlarla insan bu gün təbiət resuslarından yararlanaraq bir çox şeylər yaradırlar. Bəzən yaradılan şeylər özlərinə, sonra təbiətə ziyan vurur. Təbiət resuslarından səmərəsiz istifadə etdikdə tükənməz deyilən şeylər tükənir.

Müasir dövrdə təbiətlə cəmiyyət arasındakı münasibət bəşəriyyət qarşısında duran ən mühüm problemdir. Təbiət üzərində hədsiz hökümranlıq edən insan özünü onun tacı hesab edir, yadından çıxarır ki, özü də onun kiçik bir hissəsəciyidir. Həqiqətən, biz hələ başa düşmək istəmirik ki, heyvanlar, quşlar, balıqlar və bitgi örtüyü insansız yaşaya bilər, biz isə onlarsız heç bir gün də belə yaşaya bilmərik.

İbtidai icma qurluşundan XXI əsr arasında elimdə, texnikada, istehsalda, istehlakda olan fərq arasında təbiət fərqi də vardır. Əvvəllər insanlar təbiətdən asılı olmuş indi isə insanlar təbiətin onlardan asılı olmağını istəyirlər. Bu gün bizim həyatımızı asanlaşdıran texniki avadanlıqlar çox vaxt bizim sağlamlığımıza  ziyan vurur. Biz bu təbiətin, bu mühitin bir parçasıyıq. Bu qədər çoxluğu gördükdə özümüzü sadəcə bir zərrə hesab edirik. Nə qədər təbiətin, yer kürəsinin zərrəsi olsaq da, insan ən ali yaratılışdır. Biz insanlar təbiətin yaratdığı maddi nemətlər hesabına beynimizdə, fikrimizdə olan hər şeyi var etmək istəyirik. Çalışaq ki, yoxdan var edək. Bu da çoxlu fəlakətlərə yol verir.

Elm, texnikanın inkişafı bəzən böyük təzadlara gətirib çıxardır. Daha çox, bir azda daha çox istəyən insanların var – dövlət hərislikləri, vəzifə düşkünləri bu var olan həyatı məhv edir. Bu biz insanların həyatını təhlükə altına qoyur. Artıq insanların düşündükləri “nə istehsal edək, necə istehsal edək?” suallarını daha çox hamı üçün yaxşılığa doğru yönəldək. Var-dövlətə sahib olmaq üçün bu gözəl dünyamızı məhv etməyə dəyməz. Bu böyük problemdir. Bu problemi XXI əsr həll etməyə çalışır. XXI əsr həm elm, texnika cəhətdən çox inkişaf edib, həm də sağlamlığımızə təhlükə altına qoyur. 1945-ci ildə Xirosimada atılan atom bombasının xəbər verdiyi ETİ dövrünün yaratdığı fəsadlar, bu gün hər bir insan övladının həyatını təhlükə altında qoyur.

Atom nüvəsini kəşf edən Eynşteyn bəlkə də həyatının ən böyük səhvini edib. Bu gün insanlar ondan minlərlə silah-sursat düzəldir, minlərlə insan həlak olur. Kosmosa yol axtaran və kosmosdan “ulduz muharibələri” üçün poliqon kimi istifadə etməyə çalışan insanlar vardır. Çayları, dənizləri kimyəvi fabrik zavodlar vaistəsilə çirkləndirirlər. Fabrik və zavodlardan , kütləvi qırğın silahlarından atmosferə atılan freon qazları, Yeri bir örpək kimi qoruyan ozan qatının deşilməsinə gətirib çıxarır. Məişət tullantıları zavod tullantıları sağlamlığımıza ciddi ziyan vurur.

Daha çox düşündürən problemlərdən biri də ağacların qırılması, meşə yanğınları, heyvanların nəsli kəsilməsidir. Meşələrə gəzintiyə getdikdə, təbiət qoynunda gəzib, Allah təalanin yaratdığı gözəlliklərdən zövq almaq, saf sulardan içib, bol-bol oksigenlə nəfəs almaq  əvəzinə, biz yalnız mədəmizi düşünürük. Gündəlik qidalarımızdan daha çox yeyirik.  İnsanların məsuliyətsizliyindən yanıq qalan ocaqlar neçə km2 sahəli meşələrin yanmasına səbəb olur.

Gözəllik naminə bir çox heyvanların xəzlərindən, dərilərindən istifadə olunur. Amma çoxlarımız bu xəzlərin hansı işgəncə, hansı ah-nalə hesabına başa gəldiyini bilmədən, gözəl görünmək üçün əynimizə geydikdə, təbiətdən aldığımız gözəlliklərin fərqində belə deyilik. Çoxlarımızın yadında burnunda top oynadan sevimli bir canlı kimi qalan, dəniz heyvanlarının içərisində ən zərərsizlərdən sayıla biləcək canlılardan biri də, “fok” adlı bir heyvandır. Doğulduğu andan etibarən ana südüylə bəslənən bala foklar, cəmi 25 gün sonra üzməyi öyrənirlər. 3-4 aylıqlarına çatdıqları zaman isə insanlığı danan insanların ovuna çevrilirlər diri-diri dərisi soyulan foklar qaçıb canlarını qurtara bilmir və analarının gözləri önündə rəhmsizcəsinə öldürülürlər. Ən dəhşət doğuranı isə bala fokların dərilərini soyarkən ana fokların çıxartdıqları səslər, ah- nalədir. Görəsən hansısa bir insan övladı biləndə ki, dünyadakı ən dəhşətli nalə fokun öz balası üçün çəkdiyi nalədir, görən təkrar dönüb də o, xəzlərə həsrətlə baxarmı?…. Yoxsa təbiətin gözəlliklərinin təbiətdə qalmasını istər.

Yaşadığımız dövrdə elm və texnikanın böyük kəşfləri bəzən bizim başımızı döndürür. İndi hər şeyi istifadə edirik həm də çox asanlıqla. Bu da bizim hərəkətsizliyimizə gətirib çıxarır. Rəqabət və daha çox gəlir əldə etmək üçün, müxtəlif firmalar tərəfindən istehsal olunan hazır qidalar yeyirik, bu da dünyanın savaşdığı “obezid” ürək xəstəliyinə gətirib çıxarır. Biz insanlar əslində təbiətin bizə verdiyi nemətlərin orqanizmamız üçün zərərsiz olduğunu bilirik. Amma yenə nəfsimiz bizi daha ləzzətli saydığımız qızardılmış qidaların daınca aparır. Bunun üçündə ən yaxınlarımız belə bunun əziyyətini çəkdikdə, özümüzə dur deyə bilmirik.

Geni dəyişdirilmiş qida məhsulları (GMO) qida sahəsində dünyanın üzləşdiyi ən böyük problemlərdən biridir. İlk baxışda GMO ərzaq bolluğuna gətirib çıxarsa da, təəssüf ki, bu üsulun fəsadları da az deyil. Sirr deyil ki, belə məhsullar yetişdirilərkən onlarda müxtəlif heyvanların, orqanizmlərin genlərindən istifadə edilir. Məhz bu da gələcəkdə bəşər övladının ciddi problemlərlə üzləşməsinə səbəb ola bilər. Bu gün bu cür orqanizmlər insan övladının birinci nəslinə tədbiq edilir. Mütəxəssis ikinci, üçüncü nəsildə hansı fəsadların baş verəcəyini bizim övladlarımızın müşahidə edəcəyini deyir. Bir zamanlar özünün ağ alması, kartofu, üzümü və başqa meyvə-tərəvəzləri ilə tanınan Azərbaycanda GMO ərzaq məhsullarından istifadə kifayət qədərdir. Bazarlarda bu cür qidalara hər addımbaşı rast gəlmək çətin deyil. Azərbaycanın ərazisi unikal bir regiondur, bir çox mədəni bitkilərin yaranma ocağıdır. Bu regionda bu qəbildən olan eksperimentlərin aparılması xoşagəlməz nəticələrə gətirib çıxara bilər.

İkinci ən böyük problem isə əhalinin bu sahədə kifayət qədər maariflənməməsidir. Azərbaycanda bu gün GMO haqqında insanların son dərəcə kasıb məlumat alması,  maariflənmənin sıfır səviyyəsində olması çox ağır vəziyyətə gətirib çıxara bilər. Heç vaxt maariflənməsi güclü olan ölkə dövlət bu cür ağır problemlərlə qarşı-qarşıya qala bilməz. Azərbaycanda gen mühəndisliyi ilə bağlı maarifləndirmənin fasiləsiz tədbiqini təşkil etmək və sistemi inkişaf etdirməkdir. Ancaq o halda əhali biləcək ki, bu nədir və ona necə münasibət bəsləmək lazımdır. Bəlkə o zaman, bazarlarda, maqazinlərdə bu qədər bol olan meyvə-tərəvəzə nəfs atmarıq.

Biz bir cənnət diyarında yaşayırıq. Azərbaycan sonsuz sərvətlərlə doludur. Bu sərvətləri tükətmək də, qorumaq da bizim əllərimizdədir. “Qara qızılımız”, “Ağ qızılımız” var, Allah bizə hər şeyi bəxş etmişdir. Biz bunları yetərincə qoruya bilirik mi? Xeyr. Neftimizin dənizə axmasıyla qızıl dəyərli balıqlarımız məhv olur. Kimyəvi zavodlarımız ekologiyanı ciddi sürətdə məhv edir. Təbiətə etdiyimiz bu amansılıqlara təbiət də bizə cavab verir. Nahaq yerə demirlər:  “Təbiət gözəl bir qadın, insan isə onun qulaqlarından asılmış qiymətli sırğadır. Sırğa qadına əziyyət verəsə, qadın onu öz qulaqlarından açıb ata bilər”.

Dayanıqlı inkişafın ən mühüm xüsusiyyətlərindən biri də cəmiyyətin qorunması və inkişafıdır. Gəlin, hər birimiz sağlam, təhsilli, dünyagörüşlü gənclər yetişdirək və onları təmiz, gözəl dünyada yaşadaq. Ağılla yaşayıb, ağılla bu dünyanı tərk edək. Əgər biz sağlam bir cəmiyyət yaratsaq bu dünyada sağlam olacaqdır. Biz bu məqsədlə, bu yolla yaşamalıyıq. 1992-ci ildə BMT-nin təşəbbüsü ilə Rio-de-Janeyro şəhərində keçirilmiş konfransda qeyd olunduğu kimi: ”Dünyanın gələcəyi, inkişafı ekoloji problemlərin necə həll olunmasından asılı olacaqdır”. Azərbaycan da bu gün həm iqtisadi, həm də siyasi cəhətdən ön sıralardadır. Təhsilimiz artıq daha çox inkişafa gedir. Əlbəttə ki, təhsilli gənclər Azərbaycanın və dövlətinin inkişafına təkan verəcəkdir. Biz artıq dünyanın çirklənməsinə, ekoloji problemlərə, milli sərvətlərin tükənmısinə, flora və faunanın yox olmasına yol verməməliyik. Gələcək həyat, gözəl həyat bizim çox yaxınımızdadır, öz əllərimizdədir.

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma