Mendeleyev Dmitri İvanoviç.

 

 

Elə şeylər var ki,adam onlarsız keçinə bilmir.Məsələn:təqvim,saat,yaxud vurma cədvəli.Kimyada belə “vurma cədvəli” kimyəvi elementlərin dövri sistem cədvəlidir. Onu 1869-cu ildə böyük rus alimi D.İ. Mendeleyev tərtib etmişdir.

Mendeleyev 1834-cü ildə Tobolsk şəhərində doğulmuşdur. O,Tobolsk şəhərindəki gimnaziya direktorunun 17-ci uşağı idi.Erkən yetim qalmış balaca Dmitrinin uşaqlığı asan keşməmişdir.Mendeleyev Peterburq Pedaqoji İnustutunu bitirmiş,az müddət müəllim işləmişdir.Bir çox  görkəmli kimyaçılar onun şagirdləri olmuşlar.

D.İ.Mendeleyev “Kimyanın əsasları” adlı çox qiymətli dərslik yazmışdı. Bu dərslik əsl kimya ensiklopediyası idi.Mendeleyev daim onu təkmilləşdirir,yeni kəşflər haqqında məlumatlarla dolğunlaşdırırdı.

“Kimyanın əsasları” üzərində işlərkən Mendeleyev özünün məşhur kimyəvi elementlərin dövri sistemini yaratdı.

D.İ.Mendeleyev kəşf etmişdi ki,onun dövründə elmə məlum olan 63 kimyəvi elementi – ən yüngül hidrogendən başlayıb ən ağır uranadək atom çəkisinə görə ardıcıl olaraq düzdükdə həmin elementlərin xassələri dövri olaraq təkrarlanır.Bu qanunauyğunluq onun dövri sisteminin əsasını təşkil etdi və ciddi qanunauyğunluqlar yaratdı,kimyəvi elementlərin təsnifatındakı qarmaqarışıqlığı qaydaya saldı.

D.İ.Mendeleyev dövri sistemi ilə siz yuxarı sinifdə kimya dərslərində tanış olacaqsınız. Mendeleyev öz sisteminə arxalanaraq, hələ məlum olmayan, bir neçə başqa kimyəvi elementlərin də olmasını əvvəlcədan bildirmiş və onların əsas xassələrini təsvir etmişdir. Sonralar bütün bu elementlərin hamısı kəşf edilmişdir. Bax, bu, kimyada ilk əsl elmi uzaqgörənlik idi. İnsan fəaliyyətinin elə bir sahəsini göstərmək çətindir ki, Mendeleyevi maraqlandırmasın. O, neft yataqlarını, neftin tərkibini öyrənirdi. Neftin təkcə yanacaq deyil, bir çox mühüm maddələr üçün xammal olduğunu ilk dəfə D.İ.Mendeleyev bildirmişdi. O, Yer atmosferini tədqiq etmiş və cəsarətlə təkbaşına hava şarında uçmuşdu. Mendeleyev Arktikanın tədqiqi ilə maraqlanmış, buzqıran gəminin layihəsini hazırlamışdı. Lakin buzqıran gəminin inşası təkcə ondan asılı deyildi.

D.İ.Mendeleyev bir neçə il ölçü və çəki üzrə Baş palatanın direktoru olmuş, dəqiq ölçmə sahəsində elmin inkişafına yardım göstərmişdir. O, kənd təsarrüfatı ilə məşğul olmuş, ticarət işini öyrənmiş, tüstüsüz barıtın tərkibini işləyib hazırlamış, uçuşlarla maraqlanmışdır. 25 qalın cild onun əsərlərinin tam külliyatını təşkil edir. Mendeleyev dünyanın bir çox ölkəsində akademiya və elmi cəmiyyətlərin fəxri üzvü seçilmişdi.

Bir dəfə Boblovda (Mendeleyevin malikanəsində) kəndlilər ondan soruşmuşdular: “Dmitri İvanoviç, de görək, belə bol taxılı necə yetişdirirsiniz? Siz istedadsınız, yoxsa bəxtiniz gətirib?” Mendeleyev gülümsəyərək, cavab vermişdi: “Əlbəttə ki, qardaşlar, istedadlıyam”. O, heç də şişirtmirdi. O, həqiqətən istedada, daimi əməklə yoğrulmuş istedada malik idi: Həmişə və hər yerdə. Onu dahi adlandıranda xoşu gəlməzdi və etiraz edərdi. “Hə dahi! Həyatım boyu zəhmət çəkmişəm, vəssalam, dahilik də elə budur”. Mendeleyevin ölümü ümumxalq kədərinə çevrilmişdi. Minlərlə adam onu Peterburqdakı Volkovo qəbirstanlığında yola salırdı. Matəm mərasiminin qabağında alimlərin gələcək nəsillərinə vəsiyyət kimi elementlərin dövri sisteminin böyük cədvəlini aparırıdılar.

Mendeleyev altı dəfə Bakıya gəlmiş, Suraxanı mədənlərində neftin çıxarılması və emalı məsələləri ilə şəxsən tanış olmuş, çox dəyərli məsləhətlər vermişdir. Ümumittifaq Kimya Cəmiyyəti  Mendeleyevin adını daşıyır. Ümumi və tətbiqi kimya üzrə XII Mendeleyev qurultayı 1981-ci ildə Bakıda keçirilmişdir.

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma