Azərbaycan muğamı

1321877411_mugam    Bir incə sənətdir ki, anlayar onu hər kəs,
bu sirri-Xudaya etiqad et, muğam oxu.
****
Fəxrəddintək nə çoxdur musiqi cəfakeşi,
bu əhli-ürfanlara imdad et, muğam oxu.
Muğam — Azərbaycan klassik xalq yaradıcılığı musiqisinin əsas janrı.

Muğam sözü iran-ərəb-türk dilində işlənilən “məqam” sözündən yaranmışdır. “Məqam” sözü simli alətlərdəki pərdə mənasına gəlir. Hər muğamın da əsas (mayə) notu alətin bir pərdəsində olduğu üçün bu ad verilmişdir. Təxminən XIV əsrə qədər Yaxın Şərq xalqlarının vahid musiqi janrı olmuş, lakin sonralar baş verən ictimai-siyasi dəyişikliklər səbəbindən bu vahid musiqi janrı xalqlara uyğun parçalanmışdır. Klassik şərq muğamı 12 əsas muğam və 6 avazatdan ibarət olmuşdur. Əsas muğamlar: Üşşaq, Nəva, Busəlik, Rast, Əraq, İsfahan, Zirəfkənd, Büzürk, Zəngülə, Rəhavi, Hüseyni və Hicaz, avazatlar isə Şahnaz, Mayə, Səlmək, Novruz, Kərdaniyə, Güvaştdan ibarət idi.

Azərbaycanda 7 əsas, 3 köməkçi muğam var. Əsas muğamlar “Rast”“Şur”“Segah”“Çahargah”“Bayatı-Şiraz”“Şüştər” və “Humayun”, köməkçi muğamlar isə “Şahnaz”“Sarənc” və “2-ci növ Çahargah”dır.

Klassik şərq muğamını yaradanlar və muğam barədə əsas nəzəri fikirlər Əbu Nəsr FarabiƏbu Əli ibn SinaƏlkindiƏbdülqadir MarağayiSəfiyyəddin Urməvi və başqaları olmuşlar. Azərbaycan bəstəkarı, Azərbaycan professional musiqisinin görkəmli nümayəndəsi Üzeyir Hacıbəyov XX əsrdə Şərq musiqisi və muğam nəzəriyyəsinə dair əsas fikir sahiblərindən biri kimi tanınır.

Muğam           Şərgin ən    qədim musiqi    janrlarından biri   olduğu üçün   daima     dünya    musiqişünaslarının, sənətsevərlərin diqqət mərkəzində olmuşdur. Qədim və orta əsr şərq musiqi mədəniyyətinin, folklorunun öyrənilməsində bu janr əsas amillərdən biri kimi tədqiqatçıların təhlil obyektinə çevrilmişdir. Bu mənada muğamın bir janr kimi tədqiqatı orta əsrlərdən başlayaraq bu günə qədər aktual problem olaraq musiqişünasların araşdırdığı əsas mövzu kontekstinə daxil olmuşdur. Əl-Kindi, Əl-Münəccim, Əl-Farabi, İbn-Sina, Əl-Əmuli və onlarca görkəmli alimlərin ayrı-ayrı dövrlərdə muğam janrına dəfələrlə müraciət etməsi və bu sahədə elmi əsərlər yazması janrın daima aktual mövzu orbitində olmasına dəlil verir. Muğam janrı Şərq xalqlarının mədəni həyatında,onların mənəvi dünyasının formalaşmasında həlledici rol oynadığı üçün bu ölkələrin musiqi salnaməsində dərin izlər buraxmışdır. Muğamların dərin etimad qazanması aşağıdakı inkişaf istiqamətləri ilə sıx bağlı olmuşdur.

Muğamların geniş xalq kütləsi arasında nüfuz qazanması: Bu sənətin professional ifaçılar tərəfindən qədim və orta əsrlərdə saraylarda, geniş xalq kütləsi arasında inkişaf etdirilməsi.  Muğamların poeziya ilə sıx əlaqəli ifa olunması və yaşadılması. Muğamlar müxtəlif hadisələrdə əlaqədar yarandığı üçün onların emosional təsir dairəsi də rəngarəng və bir-birindən fərqlidir. Türklərin, Ərəblərin, Romalıların, Hindlilərin, Gilanlıların, Kürdlərin, eləcə də ayrı-ayrı şəxslərin – elm adamların, şahların, vəzir və vəkillərin şairlərin, dərvişlərin və başqaları arasında böyük nüfuza malik olamasına şəksiz dəlildir. Vokal – instrumental və instrumental muğamların professional ifaçılar tərəfindən yaşadılması, eyni zamanda onların insan psixalogiyasına, mənəviyyatına güclü təsir etməsi faktları muğam janrının kamil və yüksək inkişaf səviyyəsini göstərir.

Orta əsr Şərq xalqının  musiqisinin əsas aparıcı amil kimi muğam janrının sirlərinin üzə çıxarılması, onların yaranma tarixinin və elmi-nəzəri əsaslarının araşdırılması aktual problem olaraq qalmışdır. Bu sahədə saysız-hesabsız məqalələrin, fundomental əsərlərin , not kitablarının, səs yazılarının olmasına baxmayaraq muğam janrı hələ də mükəmməl surətdə öyrənilməmişdir. Muğamlar elmi məxəzlərdə Sasanilər dövrünə qədər işlənsə də orta əsrlərdə muğam janrı haqda olan əsərlərdə muğamların tarixi xüsusi tədqiqat obyektinə çevrilməmişdir. Məhz bu janrın öyrənilməsi sahəsində mövcud çataşmamazlıqlar, vacib problemlər, araşdırıcılara zəmin yaratmışdır.

Dünya alimləri muğamların geniş təhlilində əsas yeri ərəb, türk məkamlarına və İran dəstgahına verməmişlər. Elmi – nəzəri təhlillər göstərir ki, əksər tədqiqatlar mono – kultur, yəni məhdud bir region çərçivəsində aparıldığı üçün bir tərəfli mahiyyət daşımışdır. Ona görə də bir ölkə daxilində araşdırılan muğam janrı müəyyən spesifik cəhətlərin, problemlərin, milli ifaçılıq ənənələrinin öyrənilməsi ilə nəticələnmişdir. Muğamların geniş, qlobal şəkildə araşdırılması bir çox faktların və elmi – nəzəri məsələlərin kölgədə qalmasına gətirib çıxarmışdır. Kitabda muğam janrı qlobal və regional şəkildə araşdırılır, onun problemləri tarixi nəzəri aspektdən işıqlandırılır, qarşıya qoyulmuş aktual məsələlərin həlli öz şərhini tapır.

Mugamda istifade olunan musiqi aletleri asagidakilardi:

Qaval – zərbli musiqi aləti. Dairəşəkilli, eni 60-75mm və diametri 350-450mm olan sağanağın içərisinə dairə boyu xırda halqalar bərkidilir və onlar çalğı vaxtı səslənir. Muğam ifaçılığında geniş tətbiq olunur. Klassik muğam üçlüyü tar, kamança və qavaldan ibarətdir.  Xanəndə qavalda çalaraq, ansamblda dəqiq ritmli musiqi epizodlarının ifasında iştirak edir. Buna görə də qaval aləti, bir növ xanəndənin atributuna çevrilmişdir.

Tar – mizrabla çalınan simli dartımlı musiqi alətidir. Azərbaycan tarı özünəməxsus quruluşa , konstruksiyaya və bədii- texniki imkanlara malikdir. Ümumiyyətlə, tar aləti bir çox ölkələrdə-İranda, Orta Asiyada, Dağıstanda və b. yerlərdə geniş yayılmışdır.  Lakin özəl cəhətlərə malik Azərbaycan tarı digər tar növlərindən, məsələn, İran tarindan xeyli fərqlənir. XIX əsrin II yarısı Azərbaycan musiqi sənətənin ən görkəmli nümayəndəsi sayılan Mirzə Sadıq Əsəd oğlu tar musiqi aləti üzərində rekonstruksiya aparmış, alətin konstruksiyasını elmi-akustik prinsiplər əsasında dəyişdirilmişdir.

O, tarın səsini gücləndirmək üçün simlərinin sayını artırmış; alətin qolunun yuxarısında (kəlləyə yaxın yerdə) əlavə pərdə (zabul pərdəsi) bağlamış; tar ifaçılığı texnikasında “lal barmaq” adlanan üsuldan geniş istifadə edilməsinə yol açmış; tarı diz üstünə qoyub əyilərək çalmaq qaydasını aradan qaldırmış və tarı sinə üstünə alıb çalmağı daha münasib,daha yararlı hesab etmişdir.

Müasir Azərbaycan tarı 11 simli, geniş səs diapazonuna və zəngin ifaçılıq imkanlarına malik alətdir. Milli musiqi ifaçılığında həm solo, həm də müşayətçi alət kimi istifadə olunur. Muğam sənətində tar aparıcı alətdir. Azərbaycan bəstəkarlarının yaradıcılığında bu alətdən geniş istifadə olunur. “Tar” sözünün mənası “sim”deməkdir. Şərqdə bir sıra simli alətlərin adında rast gəlinir: dütar, setar, cahartar və s. Ərəb ölkələrində isə dəf alətini “tar” adlandırırlar.

Kamança – Azərbaycanin simli-kamanlı musiqi aləti. Ən qədim musiqi alətlərindən biridir. Nizaminin “Xosrov və Şirin” poemasında adı çəkilmiş,Təbriz miniatür rəsm əsərlərində (Ağamirək İsfahani, Mir Seyid Əli) təsvir olunmuşdur. Kamança, əsasən, qoz ağacından düzəldilir. Kürəşəkilli çanaqdan, dairəvi qol, “aşıq”lar yerləşən kəllə hissədən və “şiş” adlanan dəmir mildən ibarətdir. Çanağın üzü –membranı balıq dərisindən, ya da qaramal ciyərinin pərdəsindən çəkilir, qolu pərdəsizdir. Simləri kaman vasitəsi ilə səsləndirilir. Kaman-uclarına bir çəngə at tükü bağlanmış yayşəkilli ağac çubuqdur. Alətin ümumi uzunluğu 65-90sm olur.  Əvvəllər 1-3 simdən ibarət idi. Hazırda 4 simi var: kiçik oktavada “lya”, birinci oktavada “mi,lya”, ikinci oktavada “mi” səslənir. Diapazonu kiçik oktavanın “lya”-üçüncü oktavanın “mi” (bəzən solo) səsləri həcmindədir. İncə, həzin səsi var.

Muğam qeyri adi sehirli bir mənəvi dünyadır. Muğam müdriklik məktəbi, heyrəta­miz hisslər ümmanı, ulu hikmət, zəka qaynağıdır. Azərbaycan muğamlarında şərq xalqla­rının heç birinə qismət olmayan əzəmət, dərinlik, əlçatmazlıq və zənginlik var. Muğam­lar­da həm də əcdadlarımızın çağdaş və gələcək varislərinin qan yaddaşına əmanət qoy­duğu bir vəhdət, doğmalıq, məğlubedilməzlik, zülmə, haqsızlıq üsyan, qarğış, hay-haray var. Ulularımızın yaradıcılıq dühasının ən bəşəri, bədii təxəyyül qaynaqları muğamlarda kök salmışdır. Burası da danılmazdır ki, tarixin müxtəlif mərhələlərində çox sınaqlara, təz­yiqlərə məruz qalsa da, muğamlarımız özünün obrazlı, bədii emosional dilini, fəlsəfi tutumunu, hikmət çalarını saxlamışdır. Bu gün musiqimiz nə qazanıbsa, bunu muğamla­rımızın zənginliyində, bəsirətində, Azərbaycan milli musiqi ənənələrimizin özünə məx­sus­luğunda axtarmalıyıq. Muğam bütün şərqə məxsusdur, Azərbaycan muğamı isə Şərqin fə­xarət nöqtəsidir” deyən şair bəstəkar Cavad Mureuzoğlu nə qədər də haqlıdır.

Biz bu gün qürur hissi keçiririk ki, çox qədim zamanlardan Azərbaycan xalqı Şərq dün­ya­­­sında, orta asiyada, Qafqazda özünün məşhur xanəndələri, sazəndələri ilə şöhrət tapıblar.

Muğam Azərbaycan xalqının milli ruhunun güzəştli, iç dünyasının səslərdə əbə­diləşən tarixidir.

Klassik muğam ifaçıları özlərindən sonra böyük bir irs qoyub getmişlər. Bu irs vallarda, maqnitafon və kino lentlərində, videoda, onların xatirələrində, muzeylərdə, və arxivlərdə olan əlyazmalarda qorunub saxlanılır.

Klassik ifaçılar bildiklərini, tələblərinə, muğam həvəskarlarına və tədqiqatçılarına həvəslə öyrətməlidirlər.

Muğamın müdriklik yükünü çiyinlərində daşımağa qadir olmayanlar onu haradasa qeyd olan yeni musiqi janrlarının qarma-qarışıqlığında ruhumuzu təhqir edən boğuşm­a­sında itirmək, əritmək istəyirlər. Muğam sənətini qoruyub yaşat­maq, yad ünsürlər­dən qorumaq hər bir Azərbaycanlının müqəddəs vəzifəsi və borcudur. Yadda saxla­malıyıq ki, muğam təkcə Azər­baycan xalqının yox, əslində Azərbaycan xalqının dünyaya bəxş etdiyi bir mənəvi sər­vətdir. Çünki Muğam dünya musiqisinin beşiyi və əcda­dıdır. Mu­ğa­mın öyrə­nil­məsi və tədqiqi müasir dövrümüzün ən mühüm problemlərindəndir. Son vaxt­lar şərq xalqlarının musiqi incəsənətinin tarixi barədə çoxlu konfranslar, sim­poziumlar, mü­za­kirə­lər olmuş və ümumiyyətlə buna maraq birə on qat artmışdır.

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma